Namiq Qaraçuxurlu: Yeriyə bilməyim üçün...
Tarix: 15-01-2018, 16:11


Mənim üçün nigaran qalıb, ayağımın necə olduğunu soruşanlara məlumat verməyi özümə borc bilirəm.
Kult.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu şəxsi İnstaqram hesabında yazıb. O, səhhətinin getdikcə yaxşılaşdığını bildirib:
“Bu gün əməliyyatımdan bir ay keçdi və rentgen müayinəsinə getdim. Şükür, hələ ki hər şey qaydasındadır. Həkimlərin məsləhəti ilə ayağıma bağlanan gipsi açdıq və vəziyyətim bir az da yüngülləşdi. Yaraların sağalması üçün isə bir az zaman lazımdır. Ayağıma içəridən vintlə bağlanan titanı il yarımdan sonra əməliyyatla götürəcəklər. Ayağa qalxıb gəzmək üçün hələ qarşıda 3-4 həftə var. Sizin dualarınız sayəsində, Allahın mənə verdiyi səbr və güclə bir ayı geridə qoydum. Qayğıma qalan, mənim üçün dua edən insanlara sonsuz təşəkkür edirəm”.
Qeyd edək ki, bir müddət əvvəl meyxanaçı Namiq Qaraçuxurlu şadlıq saraylarının birindən çıxan zaman avtomobilinə minmək istəyərkən yıxılıb. Xəstəxanaya aparılan meyxanaçının ayağının 3 yerdən sındığı bəlli olub.





Paylaş: