Kərimi anasının qəbrinə yaxın buraxmadılar - QANDONDURAN XƏBƏR
Tarix: 23-05-2017, 09:02



İnsult xəstəliyindən əziyyət çəkən tanınmış meyxanaçı Kərimin səhhətində irəliləyiş yoxdur.
Bu barədə Yenicag.az-a meyxanaçının yaxın dostu Ağamirzə açıqlama verib:
“Kərim hələ ki, düzəlmir. Mütəmadi həkim nəzarəti altındadır. Evdə dava-dərman olunur. Evin içində qolundan tutub yeridirlər. Görək həkimlər deyir, Allahdan ümid üzülməz. Bəlkə nə vaxtsa Türkiyəyə də apardıq, hələ ki, gözləyirik, görək müalicələr necə təsir göstərəcək”.
Yaxın dostu Kərimin anasının ölümündən də xəbərdar olduğunu bildirib:
“Mayın 17-də 40 mərasimini verdik. Kərim anasının ölümündən xəbər tutdu. Bu ağır xəbəri ona yaxın adamları dedilər. Daha nə qədər gizlətmək olardı, gecə-gündüz deyirdi ki, anamı istəyirəm, axırda açıb dedilər. Anasının öldüyünü biləndə Kərimin halı dəyişdi. Qəbr üstünə getmək istəyirdi, güclə saxladıq, qoymadıq”.

Paylaş: