Samir Piriyevlə Anar Mədətov yollarını ayırdı
Tarix: 15-01-2018, 13:15


Müğənni Samir Piriyevlə Anar Mədətovun yolları ayrıldı.
Prodüser Anar Mədətov uzun müddət çalışdığı  müğənni Samir Piriyev ilə  yollarını ayırıb.
Əməkdaşımızın əldə etdiyi məlumata görə ötən gün Böyük  Sarayda baş tutan, Türkiyə  və Rus müğənnilərin səhnə aldığı toyda müğənni Samir Piriyevdə çıxış etməli imiş. Lakin produsser Anar Mədətov müğənni ilə iş birliyinə son qoyduğu üçün bu baş tutmayıb.  Samirin yerinə toyda Yaşar Yusub iştirak edib.
Qeyd edək ki, Samirlə A.Mədətov uzun müddət idi ki, bir yerdə çalışırdılar. Mədətov həmçinin bir zamanlar müğənni Elton Hüseynəliyevin də prodüseri olub.
Prime-Time

Paylaş: