“Türkiyədən iki filmə dəvət aldım” – Arif Quliyev
Tarix: 15-01-2018, 12:06


“Beyin damarlarımdan əməliyyat olunmuşam. Allaha şükürlər olsun, indi vəziyyətim yaxşıdır. Beyindaxili təzyiqdən əziyyət çəkirəm”.
Bunu hafta.az-a açıqlamasında Xalq artisti Arif Quliyev deyib. Xalq artistinin sözlərinə görə, səhhətində problemlər olmasına baxmayaraq, mütəmadi olaraq kamera qarşısına çıxır:
“Yeni filmlərə çəkilmişəm. İmanov qardaşlarının rejissorluğunu etdiyi “Bəxt üzüyü-2” filminə dəvət almışdım. Çəkilişlər artıq tamamlanıb. Son vaxtlar Türkiyə istehsalı olan iki filmdən mənə dəvət göndərildi.  “Qu quşu yenə qayıdacaq” filminə çəkildim. Daha bir türk filminə dəvət olundum”.
Arif Quliyev həmçinin qeyd edib ki, hazırda türkiyəli rejissor Mətinin quruluş verdiyi “Geriyə yol” komediyasında çəkilir:
“Çəkildiyim filmlərin təqdimatının nə vaxt olacağını deyə bilmirəm. Mən kiməm ki, obrazımı oynamışam, xəbər edəndə təqdimatına qatılacağam. Qonorarları hələ almamışıq. Müqavilə imzalnıb. Yəqin ki, verəcəklər. Allah qoysa, yaxşı olacaq”.

Paylaş: