Hüseyn Dəryanın oğlu məzarını ziyarət etdi FOTOLAR
Tarix: 29-06-2017, 17:02



Mərhum reper Hüseyn Dəryanın ad günüdür. Ulduzumsan.Az-ın məlumatına görə, reper 1975-ci ildə anadan olub. Yaşasaydı bu gün onun 42 yaşı tamam olacaqdı.
Oğlu Cahangir atasının məzarını ziyarət edib. O, qəbiristanlıqdan fotosunu sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Hüseyn Dərya karyerasına 2000-ci ildə başlayıb. Daha çox "Kef elə" mahnısı ilə məşhurlaşıb və bunun sayəsində böyük fanat ordusu yaranıb.
H.Dərya 15 mart 2014 -cü il tarixində dünyasını dəyişib.

Paylaş: