Nadir Qafarzadə: “Yalan oldu ümidlərim”
Tarix: 29-06-2017, 16:39



Müğənni Nadir Qafarzadə İstanbul istirahətindən qayıdıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi yeni mahnı hazırlayıb. “Yalan oldu ümidlərim” adlanan bəstənin sözləri Cəlal Qurbanov, musiqisi Gövhər Həsənzadəyə məxsusdur. 

Sənətçi yeni mahnısından və istirahətindən danışıb:

“Şou-biznesin səs-küyündən, dedi-qodusundan baş götürüb, ailəmlə birgə İstanbula istirahətə getmişdim. Mənim üçün ən gözəl istirahət ailəmlə birgə keçirdiyim dəqiqələrdir. İstirahətdən qayıdar-qayıtmaz yaradıcılıq işlərimə start verdim. “Yalan oldu ümidlərim” adlı mahnımı çoxdan yazdırsam da, indi təqdim edirəm. Mahnının sözləri həyatda yaşadıqlarımı əks etdirir".



Paylaş: