"Konsert keçirməyi qərara aldım"
Tarix: 29-06-2017, 13:37



Müğənni Asif Məhərrəmov sevənlərini sevindirəcək. SİA-ya açıqlama verən ifaçı konsert verəcəyini bildirib: "Məni sevən tamaşaçıların istəyini nəzərə alaraq, konsert keçirməyi qərara aldım. Belə ki, iyul ayının 8 "Gecə-gecə" adlı konsert proqramı ilə sevənlərimin qarşısında çıxış edəcəm. Gecə zamanı sevilən mahnılarımı səsləndirəcəm. Konsertim Nabranda yerləşən istirahət mərkəzlərinin birində baş tutacaq. Məni sevənləri konsertimə dəvət edirəm".

Paylaş: