İbrahim Tatlıses keçmiş arvadına evlilik təklifi etdi
Tarix: 12-01-2018, 11:52


Məşhur türkiyəli müğənni İbrahim Tatlıses həmkarı Seda Sayanın verilişində qonaq olub.
İmperator proqramda özəl açıqlamaları ilə diqqət çəkib. O, keçmiş həyat yoldaşı Ayşegül Yıldıza canlı yayımda evlilik təklifi edib.
Daha öncə 5 dəfə evlənən sənətçinin diqqətçəkən açıqlamalarını təqdim edirik: “Mən artıq izmirliyəm. Mən İzmiri sevdim, o da məni sevdi. Trilyon versələr İstanbula qayıtmaram. Ordan küsmüşəm, məni qıcıqlandırdılar. Məni vurdular, məni vurana qarğış etmədim. Demək ki, yaradan mənə belə bir cəza verdi. Nə üsyan, nə də şikayət edirəm. Allahdan ümidimi kəsməmişəm. Mahnı oxumaq üçün darıxıram. Səsim paslanmış vəziyyətdədir. Mahnı ifa etmək üçün Allaha dua edirəm.
Evlənməyi düşünürəm. Elifin anası Ayşegül Yıldıza evlənmə təklifim olacaq. Ona aşiq deyiləm, amma evlənmək istəyirəm. Ona bu təklifimi daha əvvəl etməmişəm.Televiziyada ona evlilik təklifi edirəm”.
Qeyd edək ki, İbrahim Tatlıses uzun müddət birlikdə yaşadığı Ayşegül Yıldızla 2011-ci ildə nikah masasına oturmuşdu.
Məşhur cütlüyün evliliklərinin ikinci ilində qızları Elif dünyaya gəlmişdi.
Onlar 2013-cü ildə qarşılıqlı razılaşma yolu ilə boşanmışdı.
Prime-Time




Paylaş: