Ajda Pekkana GÖZ DƏYDİ
Tarix: 29-06-2017, 12:37



Ən çox estetik əməliyyat etdirən məşhurlar arasında ön sırada yer alan müğənni meqastar Ajda Pekkan yenidən gündəmə gəlib. Bu dəfə isə açıq qalan ağzıyla…
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı müğənni dodaqlarını hədsiz şişirtdiyindən ağzı açıq qalır.
Kiprdə konsert zaman səhnəyə gəlinliyi xatırladan libasla çıxan müğənninin dəyişmiş halı jurnalistlərin diqqətindən yayınmayıb.
Geyimini gəlinliyə oxşadanlara: “Bu axşam pambıq şəkəri kimi olmuşam, amma Allah gəlinlik geyməyi də nəsib etsin, inşallah”-, deyə cavab verən müğənni özünü hələ cavan hiss etdiyini bildirib.
Uğursuz əməliyyatdan sonra dodaqlarını birləşdirməkdə çətinlik çəkən müğənni sualları cavablandırarkən “İşığı söndürün, flaş narahat edir” – deyib.




Paylaş: