Vəfa Zeynallının başına iş gəldi
Tarix: 12-01-2018, 09:44


Azərbaycanın əməkdar artisti Vəfa Zeynallının başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, kino və teatr aktrisası yemək bişirərkən diqqətsiz davranıb və qolunu yandırıb. 
Bu barədə o, instaqram hesabında məlumat yayıb.  Qolu ciddi şəkildə zədələnən V. Zeynallı həkimə yox, kosmetoloqa müraciət edib 
42 yaşlı aktrisa qolunun fotosunu paylaşaraq qolundakı yanıq ləkələrinin azaldığını bildirib:
“Evdə yemək bişirərkən qolumu fırında yandırdım. Bir neçə dəfə kosmetoloqa müraciət etmişəm. MicroNeedling  sistemi və dermopen edərək yoxladıq. Nəticə bir həftəyə göstərər”. 

 

Paylaş: