“Suyun şəkli” ötən ilin ən yaxşı filmi hesab edilib
Tarix: 12-01-2018, 08:33




Meksika rejissoru Gilyermo del Toronun “Suyun şəkli” ekran əsəri 2017-ci ilin ən yaxşı filmi kimi ABŞ kinotənqidçilərinin “Critics' Choice Award” mükafatına layiq görülüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, təqdimetmə mərasimi Amerikanın Kaliforniya ştatının Santa-Monika şəhərində keçirilir.
“Ebbinq sərhədində üç bilbord, Missuri” filmində rol alan Frensis Makdormand ən yaxşı aktrisa hesab edilib. O, həmçinin “Farqo” filmində ən yaxşı qadın roluna görə “Oskar” mükafatına, eləcə də “Emmi”, “Toni” mükafatlarına namizəddir.



Paylaş: