Maşınını iki minlik velosipedə dəyişdi - “Onlar məcbur etdilər…”
Tarix: 29-06-2017, 12:08



Əməkdar artist Zaur Əmiraslanov “Şou məkan” verilişinin qonağı olub. Ulduzumsan.Az xəbər verir ki, sənətçi proqramda maraqlı açıqlamaları ilə yadda qalıb. 
Müğənni avtomobilini sataraq velosipedə keçdiyini söyləyib:
“Mən keçən il avtomobilimi satmaq qərarına gəldim. Çünki çətin satılan avtomobil idi. Qaldım avtomobilsiz. Yaxşı dostlara –rast gəldim. Onlar məni məcbur etdilər ki, velosiped alım. Aldım və yay boyu bütün işlərimi onunla həll etdim. Bəhanə axtarırdım evdən çıxmağa ki, kaş nəsə tapşırsınlar, gedib velosipedlə alım".






Əmiraslanov bəzi sənət yoldaşlarının ona pislik etməyə çalışdığını etiraf edib:
“Mənə maksimum nə pislik edə bilərlər? Kimsə hansısa el şənliyi üçün onlardan mənim nömrəmi istəsə, deyə bilərlər ki, yoxdur. Dey bilərlər ki, Zaur Bakıda deyil. Palaza bürün, elnən sürün. Onlar şou-biznesin tozlu palazına bürünüblər. Orda bilirsiz ki, nəfəs yollarına ziyanlı maddələr var.
Ona görə də mənin şou-biznesdəkilərlə dostluğum yoxdur. Mən onların çoxunu insan kimi çox istəyirəm. Bəzilərini isə, ümumiyyətlə, istəmirəm. İnsan kimi çox istədiklərimin ancaq insanlıqları var. Sənət mənim üçün göstərici deyil. Ancaq o birilərin nə insanlıqları, nə də sənətləri var".




Paylaş: