Porno ulduzu ölü tapıldı
Tarix: 11-01-2018, 11:17


Porno ulduzu Olivia Nova istirahətə getdiyi ABŞ-ın Las Veqas şəhərində ölü tapılıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Minnesotada yaşayan 20 yaşlı Novanın nədən öldüyü hələ ki, məlum deyil.
Bildirilir ki, ulduz iki həftə öncə "Twitter" hesabında istirahətə çıxacağını yazıb.
Porno ulduzun agentliyi "LA Direct Models" yaxşı bir iş əlaqəsində olduqları aktrisanın ölümünün sarsıdıcı olduğunu bildirib.
Qeyd edək ki, keçən ilin mart ayından porno filmlərdə oynamağa başlayan Novanın oğlan dostu aprel ayında intihar edib. Ümumilikdə, ABŞ-da son aylarda bir neçə porno aktrisası sirli şəkildə həyatını itirib.

Paylaş: