Bu gün ONUN GÜNÜDÜR
Tarix: 29-06-2017, 11:06


Tanınmış Azərbaycan aktyoru, Əməkdar artsist Elçin Həmidovun doğum tarixidir.
Ulduzumsan.Az-ın məlumatına görə, Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ildə Bakıda anadan olub. Çox kiçik yaşlarında valideynləri, sonra bacısı və qardaşları vəfat edib. 
1974–cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. 1981-ci ildə İncəsənət İnstitutunun "Dram-kino aktyoru" fakültəsini bitirib.
1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında artist-vokalist kimi fəaliyyət göstərib. Klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olub. 
"Olmadı elə, oldu belə"də Gülüstan, "Boşanaq, evlənərik"də İkram, "Qarğa, məndə qoz var"da Zərzibonskaya, "Qızıl gül"də Azay, "Beş manatlıq gəlin"də Nadir, "Özümüz bilərik"də Miriş, "Subaylarınızdan görəsiniz"də Mayıl, "Hərənin öz ulduzu"nda Nəzir və onlarla digər tamaşalarda maraqlı, yaddaqalan obrazlar yaradıb. 
E.Həmidovun filmlərdəki obrazları da diqqət çəkir. “Bakı oğrusu”, “Canavar balası“,”Məhəllə” , “Tam məxfi”, “Məşədi İbad-94” kimi bədii filmlərdəki obrazlar aktyorun istedadından xəbər verir. 
Əsl bariton və soprano səsə malik aktyor tanınmış sənətçiləri parodiya etməyilə də məşhurlaşmışdı.  
İstedadlı aktyor, həmçinin "Planet Parni iz Baku" KVN teatrının əsas simalarından idi. O cümlədən "Məhəllə 1" və "Məhəllə 2" filmlərində canlandırdığı "Məzi" obrazı komik olmaqla bərabər, həm də düşündürücüdür. Bundan başqa Elçin Həmidov televiziya verilişlərində də aparıcılıq edib. Onun "Tez bazar", eləcə də mətbəx verilişləri tamaşaçılar tərəfindən maraqla qarşılanırdı.
Onun son yaratdığı obraz Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa obrazı olduub.  
2011-ci il martın 4-də istedadlı aktyor qəflətən dünyasını dəyişib. Elçinin işə gəlmədiyini görən dostları onun evinə gedib qapının bağlı olduğunu görəndə Fövqaladə Hallar Nazirliyinin işçilərinə müraciət ediblər. Onların köməyilə qapı açılır və onun mənzilində tək-tənha vəfat etdiyi aşkar olub. 
İstedadlı aktyor Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Paylaş: