Xalq artisti 81 yaşında vəfat etdi
Tarix: 10-01-2018, 12:18


Rusiyanın xalq artisti Mixail Derjavin uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə Moskva Akademik Satira Teatrı məlumat yayıb.
Mixail Derjavin 1936-cı ildə Moskvada anadan olub. 1967-ci ildən Moskva Akademik Satira Teatrının aktyoru idi. Bir çox teatr tamaşalarında, 30-dan artıq bədii filmdə yaddaqalan rolların ifaçısı olub.

Paylaş: