Cem Yılmazı məhkəməyə veriblər
Tarix: 10-01-2018, 10:37


Tanınmış aktyor Cem Yılmazı məhkəməyə veriblər.
 
Kulis.az türk mətbuatına istinadən bildirir ki, professor Orhan Qayda onun “Arif V 2016”  filmində tütün, narkotik vasitələrinin təbliğ olunması iddiası ilə məhkəməyə müraciət edib.
 
Professorun dediyinə görə, o, bu barədə dəfələrlə aktyora xəbərdarlıq edib.
 
Qeyd edək ki, Cem Yılmaz adıçəkilən filmin prodüseridir və əsas rollardan birini canlandırıb.
 
Professor Orhan Qayda Cem Yılmazın “Pek yakında” filmi üçün də eyni iddia ilə məhkəməyə müraciət etmişdi.

Paylaş: