Eltondan xanımına ETİRAF
Tarix: 29-06-2017, 10:22



Müğənni Elton Hüseynəliyev şəxsi hesabında həyat yoldaşı Toma Hüseynəliyeva ilə şəklini yayımlayıb. Ulduzumsan.Az-ın məlumatına görə, sənətçi maraqlı fikirlər yazıb: "Təmənnasız sevmək və sevilmək doğmalıqdan, saflıqdan gəlir. İkinci halda təmənnasız sevgi Allah rizası üçün olur. Üçüncü hal artıq təmənnalıdır. Burda sevmək kimi görünür, amma səni sevməyi göstərən əslində özünü sevir. Çünki təmənna ilə sevirəm deyən yalan söyləyir. O, özündən başqa heç kimi sevə bilməz və ona görə də heç kim tərəfindən səmimi sevilə bilməz. Yəni bir yerə qədər. Saf və təbii olan insanlar sevirlər. Süni və yaltaq insan sevgi kimi dəyərli hissin haqqını verə bilməz. Ona görə də belə insanlar yaşayarkən ölmüş sayılırlar. Bu isə son deməkdir. Allah sonumuzu xeyir eləsin. Rəbbim bizlərə bir-birimizi təmənnasız, saf duyğularla, ürəkdən sevməyi nəsib eləsin".

Paylaş: