Tanınmış aşığın səhhəti ilə bağlı - Yeni xəbər
Tarix: 9-01-2018, 12:10


Aşıq sənətinin tanınmış nümayəndələrindən olan Aşıq Vüqar Mahmudoğlunun vəziyyəti nisbətən stabilləşib.
Bu barədə Kult.az-a aşığın yaxınları məlumat veriblər.
Hazırda həkimlər müalicə imkanının yaranmasını gözləyirlər.
“Müalicə üçün ürəyin bərpası lazımdır. Həkimlər bu gecədən artıq orqanizmin özünü bərpa etdiyini deyiblər. Stabillik belə davam edərsə, günün ikinci yarısından müalicəyə başlanılacaq”, - aşığın yaxınları bildirib.
Qeyd edək ki, Azərbaycan Aşıqlar Birliyinin üzvü Vüqar Mahmudoğlu infarkt keçirib.
Allah şəfa versin!

Paylaş: