Aparıcı Handedən 100 min istəyir - Çılpaq fotoya görə
Tarix: 8-01-2018, 16:44


Türkiyəli pop ulduz Hande Yenerin Seren Serengillə baş vermiş qalmaqalı məhkəməlik olub. 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müğənni-aparıcı instaqramda çılpaq fotosunu paylaşan Handeni bağışlamayıb və məhkəməyə müraciət edib. 
Seren Hadenin özəl fotosunu paylaşdığını və hüququ cəhətdən buna cavab verəcəyini bildirib. 
Müğənni həmkarından 100 min TL təzminat tələb edib. 
Qeyd edək ki, Seren öz proqramında Handenin ən çox dinlənilən müğənni olmasına şübhə ilə yanaşdığını demişdi.
Hande Serengilin yarıçılpaq şəklini paylaşaraq “Seren birincliliyi müəyyən edən proqrama baxır, amma yenə görmür” şərhini yazmışdı.  
Seren isə Handeni narkoman olduğunu iddia etmişdi. 



Paylaş: