İlin gözəlindən ilin ilk xəbər var
Tarix: 8-01-2018, 08:45



"İlin gözəli-2017" seçilən model Gülnar Məmmədova uzun fasilədən sonra yenidən gündəmə gəlib. 
 
UlduzumSan.Az xəbər verir ki,  model yeni PR menecerlə çalışmağa başlayacaq. Belə ki, G.Məmmədova  bundan sonra istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev ilə birlikdə işləyəcək.
Yeni işbirlikləri ilə bağlı PR menecer bunları qeyd edib:
 “Bu da bizim Gülnar Məmmədova ilə birlikdə sizə deyəcəyimiz yeni ilin ilk xəbər: bu gündən  Gülnar  xanımla işbirliyinə başlayıram. Bu il bizim ilimizdir. Məni tanıyanlar bilir ki, boş-boş danışmıram. Əgər deyirəmsə, edirəm. Gözləyin, yeni işlər gəlir. Layihələr və sairə...”.





Paylaş: