Elza Seyidcahan: “Sənətkarı təqlid etmirlərsə, deməli o yaşamır”
Tarix: 6-01-2018, 12:41


Əməkdar artist Elza Seyidcahan onu parodiya edənlərdən danışıb.
Yamsılanmasından heç də narahat olmayan müğənni bunu normal qəbul etdiyini bildirib:
“Mən sənətkaramsa deməli hər zaman məndən danışacaqlar, parodiya edəcəklər və özlərini mənə oxşatmağa çalışacaqlar. Bu, mənə xoşdur. Əgər sənətkarı təqlid etmirlərsə deməli o yaşamır.
Xoşbəxtəm ki, sağ ikən, hətta sənətə ilk addımı atandan məni yamsılayırlar”.
Elza Seyidcahan illər öncə Mikayıl Müşviqin sözlərinə bəstələdiyi və müzakirələrə səbəb olan “Yenə o bağ olaydı” kompazisiyasından da söz açıb:
“Mikayıl Müşviqin sözlərinə bəstələdiyim kompazisiya böyük müzakirələrə səbəb oldu. Buna görə də M.Müşviqin ruhu hər zaman şad olur. Dinləyənlərdə sual yanar ki, görəsən Mikayıl Müşviq burda qəhqələri deyibmi? Elza qəhqəhəri düzgün vurğulayıbmı? Mən M.Müşviqi yaşadıram və bir daha xalqımızın müzakirəsinə təqdim edirəm”.
Prime-Time

Paylaş: