Azərbaycanlı model ölkəni birdəfəlik tərk edir
Tarix: 28-06-2017, 13:06



Elnarə Dibirova, bundan sonra Londonda yaşayacaq.
 
Ulduzumsan.Az xəbər verir ki, "Miss Top Model" yarışmasının iştirakçısı azərbaycanlı model Elnarə Dibirovadan  yeni xəbər var. Tədbirlərin birinə qonaq gələn model yeni imici ilə hamını heyrətləndirdi. Sən demə, cazibədar model bütün ayı yaradıcılığında möhtəşəm yeniliklər etməklə məşğul olub.
 

"Bu ay ağlıma yaradıcıqılığımla bağlı super  ideyalar gəldi və ideyaları reallaşdırdım. Məşhur  bir brendin sahibləri tərəfindən iş təklifi aldım və yeni reklam siması oldum. Bundan başqa tezliklə dünya gözəllik müsabiqəsinə ölkəmizi təmsil etmək üçün qatılacam." deyən Elnarə Dibirova pərəstişkarlarını üzəcək bir xəbər də söylədi. O, bundan sonra Londonda yaşayacaq.

 Elnarə Dibirova söhbət əsnasında yeni fotosessiya etdirdiyini də bildirib.

Yeni E.Dibirovanın fotosessiyasını oxuculara təqdim edirik:








Paylaş: