Məşhur müğənni evsiz fanatına ev aldı
Tarix: 4-01-2018, 18:00


Dünya şöhrətli ABŞ-lı müğənni Teylor Svift 8 aylıq hamilə fanatının evsiz olduğunu öyrənib.
Sənətçi Stephanie adlı fanatına sürpriz edərək ona ev alıb. T.Sviftin fanatı xəbəri müğənninin Mançestrdəki konserti zamanı kulisdə öyrənib.
Bu barədə dünya ulduzunun özü məlumat verməsə də, xəbər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, T.Svift fanatlarına hazırladığı sürprizlərlə bundan öncə də dəfələrlə gündəmə gəlmişdi.




Paylaş: