Ebru Rzaya görə dostundan küsüb
Tarix: 4-01-2018, 13:32


Türkiyənin  məşhur müğənnisi Ebru Gündeşin həmkarı Sərdar Ortaçdan küsmə səbəbi məlum olub. 
“Qafqazinfo” xəbər verir ki, sənətçi ABŞ-da həbsdə olan Rza Zərraba görə Ortaçla münasibətlərinə son qoyub. 
Ebru həyat yoldaşının həbsdə olduğu dövrdə Sərdarın ona dəstək olmadığını bildirib. Pop ifaçısı Gündeşlə barışmaq üçün cəhdlər göstərib, evinə güllər yollayıb. 
Amma onun bu addımlarına Ebru məhəl qoymayıb, keçmiş dostu ilə barışmaq istəmədiyini bildirib. 



Paylaş: