Məşhur modeli it dişlədi
Tarix: 4-01-2018, 10:09


İtalyan model Paola Saulino it hücumuna məruz qalıb.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, konstitusiya islahatlarına qarşı çıxan etirazçılarla cinsi əlaqədə olacağını söz verən modeli it üzündən dişləyib.
İnsident ötən ilin oktyabrında baş verib. Təfərrüatlar isə indi üzə çıxıb.
Qara it izdihamın içərisindən çıxaraq modelin üzərinə tullanıb və onu dişləyib.
Model əvvəlki görünüşünü qaytarmaq üçün bir neçə kosmetik əməliyyatdan keçməli olub.




Paylaş: