Azərbaycanlı Maykl Ceksonun oğlu üçün klip çəkdi
Tarix: 30-12-2017, 10:46


Bir neçə il bundan öncə xarici KİV-də gənc müğənni Brendon Xovardın pop musiqisinin kralı Maykl Ceksonun nikahdankənar oğlu olduğu xəbərləri yayılmışdı.
Lakin M.Ceksonun qohumları onu tanımaqdan imtina etmişdilər. Bununla belə B.Xovard indiyə kimi M.Ceksonun oğlu adlandırılır.
Belə ki, həmyerlimiz videoqraf Rayal İsmayılov Brendon üçün klip çəkib. Bu barədə o, Facebook hesabında məlumat verib.
Qeyd edək ki, Rayal Lənkəranda doğulub, Bakıda fotoqraf kimi fəaliyyətə başlayıb. Artıq özünü videoqraf kimi də sınayan Rayal bu sahədə də müvəfəqqiyyət qazanıb.
O, daha sonra Hollivuda yollanıb və orada Nyu-York kinematoqrafiya akademiyasına daxil olub.
Yaxşı portfolioya malik olaraq avtomobil şirkətləriylə əməkdaşlıq etməyə başlayıb.
Prime-Time



Paylaş: