25 ildir küsülü olan məşhurlar barışdı
Tarix: 29-12-2017, 12:02


25 ildir küsülü olan Türkiyənin məşhur sənətçiləri Yıldız Tilbe ilə Sezen Aksu barışıb.
İlk addım Yıldız Tilbedən gəlib. O, ötən həftə əlində şokolad və güllə həmkarının Kanlıcadakı evinə yollanıb.
İki məşhur aralarındakı soyuqluğa son qoyaraq bir araya gəliblər.
Qeyd edək ki, təxminən 25 il öncə Yıldız Tilbe o vaxt Sezen Aksu ilə eşq yaşayan mərhum sənətkar Uzay Heparı ilə tək gecəlik münasibət yaşamışdı.
Tilbe bunun bir səhv olduğunu qəbul etsə də, Aksu onunla danışmamaq qərarı almışdı.

Paylaş: