Arif Babayev Aygün Bəylərlə Röyaya əsəbiləşdi — "Acığım tutur"
Tarix: 28-12-2017, 15:40



Məşhur xanəndə, xalq artisti Arif Babayev əməkdar artistlər Röya Ayxan və Aygün Bəylər arasında yaşanan qalmaqala əsəbləşib.
Xanəndə Ölkə.Az-ın əməkdaşıyla söhbətində əsəbi tərzdə belə məsələlərə qarışmadığını bildirib:
"Belə məsələlərə acığım tutur. Nə danışırlar, neynəyirlər, özləri bilər, mən qarışmıram".
Arif Babayev xüsusi olaraq qeyd edib ki, o, belə məsələlərə qarışmaq istəmir.
Qeyd edək ki, Röya Ayxan ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində səsləndirdiyi fikirlərə görə Aygün Bəyləri məhkəməyə verib.

Paylaş: