Zöhrə Abdullayeva Xalq artistinin ölümündən sarsıntı keçirib: “Laylanı özüm deyəcəm”
Tarix: 27-06-2017, 10:49



Əməkdar artist Zöhrə Abdullayeva Xalq artisti Qəndab Quliyevanın vaxtsız ölümündən sarsılıb.
AzNews.az xəbər verir ki, hazırda Azərbaycandan uzaqda olan sənətçi bu səbəbdən mərhumun vida mərasiminə qatıla bilməyəcəyindən üzüldüyünü bildirib:
“Mənim əzizim, vətəndən uzaqda bu ağır xəbər sarsıtdı məni. Gəlib laylanı özüm deyəcəm.”
Xalq artisti Qəndab Quliyeva iyunun 26-da uzun xəstəlikdən sonra dünyasını dəyişib. Mərhumla vida mərasimi bu gün Təzə Pir məscidində keçiriləcək. O, Binə qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Paylaş: