Şakira səs tellərini zədələyib
Tarix: 28-12-2017, 10:44


Müğənni Şakira El Dorado dünya turunu yenidən təxirə saldı.
 
Kulis.az-ın verdiyi xəbərə görə, ulduz müğənni səhhətində problem yaşamasını əsas gətirib.
 
Hal-hazırda ifaçı zədələnmiş səs tellərinin bərpa etmək üçün çalışır.
 
Bundan əvvəl Avropadakı konsertlərini ləğv etmişdi, indisə o Şimali Amerikada çıxış etməkdən imtina etməli olub.
 
Şakira 2018-ci ilin yayında qastrola çıxacaq. Tur İyunun 5-də Almaniyada başlamalıdır.  Müğənni fanatlarına və dostlarına bu bir neçə həftədə onu dəstəklədikləri üçün təşəkkür edib

Paylaş: