İlin ən məhsuldar rəqqasəsi: Bu Renkadır
Tarix: 28-12-2017, 09:49



Azərbaycanın ən sayılıb-seçilən rəqqasəsi uğurlarının hesabatını açıqlayır...

UlduzumSan.Az xəbər verir ki, 2017-cı ildə Azərbaycanın rəqs dünyasında ən çox uğur qazanan imzalardan biri də qlamur rəqqasə
Rəna Ağamuradovadır (Renka). Belə ki, əldə etdiyi nailiyyətlər məşhur rəqqasənin adını yerli mətbuatının manşetlərinə bəzək etdi. 


UlduzumSan.Az oxucuları üçün ilin yekunu şərh edən Renka, 2017-ci illə belə sağollaşır: "Bu il ən çox yerli mətbuatının mənə yer ayırdığına sevindim. Bu nəinki 2017-cı ilin, hətta bir çox illərimin bəhrəsidir. Mən hər il sənətim üzərində daha çox işləməyə çalışıram. Və bunun mükafatını da alıram. Yola salmağa hazırlaşdığımız ilin xoş hadisələrindən biri də həmkarım Aytən ilə aramızdakı küsülülüyə son qoyulması, AzərbaycanıRusiyanın Sankt - Peterburqda keçirilən XVI beynəlxalq  "Oasis" festival müsabiqəsində layiqincə təmsil etməsi hər bir rəqqasənin  gerçəkləşdirmək istədiyi bu arzunu, öz adımla bağladım".
Rəqibsiz rəqqasə 2018-ci il üçün cızdığı planlarından da söz açdı: "Hər dəfə olduğu kimi üzümüzə gələn ildən də yalnız müsbət hadisələr gözləyirəm. Sözsüz ki, daha böyük uğurlar əldə etmək üçün yenə də əlimdən gələni edəcəyəm. Mən bütün Azərbaycan xalqına yalnız xoş günlər diləyirəm. Allah hər zaman bizi sevindirsin".

 

Renka bildirib ki, 2017-ci ilin ən son fotosessiyasını da etdirib: “Yeni il abu-havasında şəkillərim elə də çox deyil. Ona görə də 2017-ci ildən son xatirə olaraq darbuka və davul ifaçısı Vüqar İsgəndərli ilə bu fotosessiyamı etdirdim”.

Fotoların müəllifi  Etibar Hüseynlidir.





Paylaş: