Tolik əsəblərinə hakim ola bilmədi: "O qadının cinsiyyət orqanına qır tökmək lazımdır"
Tarix: 27-12-2017, 16:28


Prodüser Tolik cinsiyyət orqanında ölkəyə narkotik maddə keçirmək istəyən qadını təhqir edib.
GoldNews.az xəbər verir ki, qadının bu addımını sərt şəkildə tənqid edən prodüser bu cür qadınların ömürlük həbs cəzasına məhkum edilmələrini istəyib.
Qeyd edək ki, ötən gün Heydər Əliyev Beynəlxalq hava limanında ölkəyə külli miqdarda narkotik maddə keçirmək istəyən qadın saxlanılıb.
Belə ki, İstanbuldan Bakıya gələn 30 yaşlı qadın özünü şübhəli aparıb.
Gömrük işçilərinin uğurlu əməliyyatı nəticəsində qadın saxlanılıb. Məlum olub ki, qadın cinsiyyət orqanında külli miqdarda “Ekstazi” narkotik maddəsini ölkəyə keçirmək istəyib. Qadın İstanbul aeroportundan sözügedən narkotik maddələri keçirə bilsə də Bakıda gömrük işçilərinin diqqətindən yayınmayıb.
Narkotik maddə müsadirə olunub, qadın isə saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.



Paylaş: