Araz Ağalarov "xaç atası" rolunda - Emin atasını təbrik etdi
Tarix: 27-12-2017, 10:29


Bəstəkar-müğənni Emin Ağalarov atası Araz Ağalarovun ad günü münasibətilə 22 dəqiqəlik videoya çəkilib.
AzNews.az xəbər verir ki, videorolik Frensis Ford Koppolanın "Xaç atası" filminə parodiya kimi çəkilib. Klipin rejissoru Timur Cəfərovdur. Xaç atası rolunda - Eminin atası Araz Ağalarov çıxış edir. Rolikdə həmçinin milyarderin nəvələri - Əli və Mikayıl da yer alıb.
Film əsas insani dəyərləri əks etdirir: ailə, sevgi və dostluq.
Kadr arxasında məşhur filmin musiqisi səslənir, yumor və ironiya var.
Araz Ağalarov - Rusiya və Azərbaycanda iş adamı, Crocus Group kompaniyasının prezidenti və sahibidir. 2017-ci ildə Forbes-in açıqladığı "Rusiyanın 200 varlı biznesmeni" siyahısında 51-ci yerdə qərarlaşıb. Araz Ağalarov 1955-ci ildə noyabrın 8-də Bakıda doğulub.



Paylaş: