Damla Azər Nəsibovun mahnısına klip çəkəcək
Tarix: 27-12-2017, 08:30


ATV Avrupada yayımlanan  “Gülsah Lange ile Mutfak Sohpetleri”  verilişinin bu dəfəki qonağı  türkiyəli müğənni Damla olub.

 

UlduzumSan.Az xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən  müğənni klip çəkilişinə hazırlaşır. Müğənninin "Sahibi sen" adlı mahnısına romantik əhval-ruhiyyəli klip çəkiləcək. Bu barədə verlişdə sənətçi özü məlumat verib. "Mahnının sözlərini və musiqisiazərbaycanlı bəstəkar Azər Nəsibovaaranjimanı isə  dostum Murat Yeterə məxsusdur. Klipin rejissoru qoy bu, sirr olaraq qalsın" - deyə Damla bildirib.

Qeyd edək ki, türkiyəli müğənni Damla “Süper aşık” adını verdiyi albomda türk bəstəkarlarla yanaşı, Azərbaycan mahnıları da yer alıb. Belə ki, Damla Azər Nəsibovun “Sahibi sen” və Aygün Kazımovanın "Düşün məni" adlı mahnısını oxuyub.




Paylaş: