Tarkanın məşhur mahnısı plagiat çıxdı
Tarix: 26-12-2017, 12:06


Türkiyənin məşhur müğənnisi Tarkanın karyerasının 10-cu ilində çıxardığı “10” albomundakı “Beni çok sev” mahnısı plagiat çıxıb.
Qazandığı uğuru “Altın Kelebek”də “İlin mahnısı” mükafatı ilə taclandıran Tarkan plagiat xəbərləri ilə qarşı-qarşıya qalıb.
Cem Özkan adlı müğənni “Beni çok sev” mahnısının onun albomunda yer alan “Olmayacak Bir Hayal” ilə eyni olduğunu iddia edib.
Bu iddia maqazin gündəminə bomba kimi düşüb.
Cem Özkan mahnı ilə bağlı şikayət etməkdən də çəkinməyib.
Aparılan araşdırmalardan sonra Musiqi Əsəri Sahibləri Məslək Birlyi (MSK) tərəfindən verilən açıqlamada əsərlərin bir-birinə bənzəmədiyi deyilib.
Prime-Time

Paylaş: