O da qızıl diş düzəltdirdi - Şou-biznesdə yeni dəb
Tarix: 26-12-2017, 10:48



İngiltərənin məşhur müğənnisi Rita Ora son videosu sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. 
“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı pop ulduz dişinə qızıl qapaq taxdırıb. 
O, yeni dişinin görüntülərini 12 milyon izləyicisi olan rəsmi instaqram səhifəsində paylaşıb. 
Ritanın paylaşımına 1 milyondan çox insan izləyib. 
Qeyd edək ki, sonuncu dəfə qızıl dişi ilə məşhur model Kendall Jenner gündəmə gəlmişdi. Bundan əvvəl isə Madonna, Castin Biber, Miley Krus, Rihanna belə addım atmaları ilə diqqət çəkmişdilər. 



Paylaş: