“ASANla röyalarınız gerçəkləşir” - Qubada konsert olacaq
Tarix: 23-12-2017, 16:08


29 dekabr 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyi, Quba rayon İcra hakimiyyəti, “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçiriləcək.
UlduzumSan.Az xəbər verir ki, “ASANla röyalarınız gerçəkləşir” şüarı ilə baş tutan konsert proqramında əməkdar artist Röya səhnədə bir – birindən möhtəşəm mahnılarını ifa edəcək.

Qeyd edək ki, konsert proqramı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, “ASAN xidmət”in 5, ASAN Radionun isə 2 yaşına həsr olunur. 

İnformasiya dəstəyi: ASAN Radio, Trend, Day.az, Milli.az, Azernews, 1news.az, Azvision.az 

Giriş sərbəstdir. 

Paylaş: