Bülənt Ərsoyun sərvəti kimə qismət olacaq?
Tarix: 22-12-2017, 16:20


Türkiyənin məşhur sənətçisi Bülənt Ərsoyun sərvətinin mirasçısı məlum olub.
"Ölkə.Az" xəbər verir ki, "Gel Konuşalım" verilişinə zəng edən müğənni sərvəti haqqında danışıb.
65 yaşlı sənətçi bir gün əvvəl 125 min türk lirəsi (60 min manata yaxın) pal-paltarı haqqında danışıb: "Bu qiyməti nəyə əsasən çıxarıblar başa düşmədim. Pul mənim üçün vacib deyil. Əsas odur ki, yaraşır ya yox".
Müğənni kürklərindən birini hərracda satıb təhsil qurumlarına bağışlayacağını bildirib. Bununla yanaşı "bütün sərvətimi dövlətə bağışlayacağam"-deyib.

Paylaş: