“Geyim tərzim dəb aləminə 4-5 ildən sonra gəlir” – Samiraldo
Tarix: 22-12-2017, 13:31


“Əslində məni Samiraldo edən, qaldıran tənqidlərdir. Fikirləşirəm ki, tənqid olmasa bu qədər təlabat olmaz. Bəzən elə sözlər yazırlar ki, qəlbimə dəyir. Amma ümumilikdə hər şey yaxşıdır”.
Bu sözləri stilist Samiraldo qatıldığı tədbirlərin birində deyib.
Türkiyədə yayımlanan evlilik proqramından sonra məşhurlaşan Nazla videosunu paylaşan stilist onun Azərbaycanı təhqir etməsindən xəbərsiz olduğunu bildirib:

“Nazın Azərbaycanı təhqir etməsindən xəbərsiz idim. Reklamla bağlı tədbirə gedəndə orada gördüm. Sözün düzü, Nazla maraqlanmıram. Etdiyi hərəkətlərdən indi xəbərdar olmuşam”.
Samiraldo geyimlərinin illər sonra dəbə gəldiyini açıqlayıb:
“Geyimlərimdə ən çox diqqət etdiyim məqam təkrar olunmamağıdır. Eyni zamanda da brend olmasıdır. Həm də insanın içindən gələn zövq var. Mənə belə yaraşır.
Hazırda deyə bilmərəm geyindiklərim dəbə gələcək ya yox. Adətən geyim tərzim dəb aləminə 4-5 ildən sonra  gəlir”.
Prime-Time

Paylaş: