Məşhur müğənni bu dəfə sərvət dəyərində çantasıyla DİQQƏT MƏRKƏZİNDƏ
Tarix: 22-12-2017, 10:11



Bülent Ersoyun çantasının qiyməti dodaq uçuqladıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, diva dünən meneceri və yaxın dostlarıyla restorandan çıxarkən görüntülənib.
Ersoy sarı paltosu və eyni tonlarda aksessuarlarıyla diqqət çəkib. Məlum olub ki, sənətçinin “Dolce Gabbana”dan olan bəzəkli eynəyinin dəyəri 10 min lirədir (təxminən 5 min manat), “Fendi” brendindən olan çantası isə 55 min lirədir (təxminən 27 min manat).
Xatırladaq ki, məşhur sənətçi Yeni il gecəsi üçün azərbaycanlı modelyer Rüfət İsmayıla yeni səhnə geyimi sifariş edib. Bahalı daşlardan hazırlanan paltarın qiyməti 115 min türk lirəsidir.





Paylaş: