Hollivud ulduzu Trampdan üzr istədi
Tarix: 24-06-2017, 09:56


Hollivud ulduzu Coni Depp ABŞ-ın prezidenti Donald Trampdan üzr istəyib. 
“Qafqazinfo” xəbər verir ki, aktyor “sui-qəsd”zarafatından peşman olduğu üçün belə bir addım atıb. 
“Ötən gün prezidentlə bağlı etdiyim bayağı zarafata görə üzr istəyirəm. İstədiyim kimi olmadı, mən pis niyyətlə bir söz demək istəmədim. Təkcə mətbuat üzvlərini əyləndirməyə çalışmışam, kimisə incitmək istəməzdim” – deyə Depp qeyd edib. 
Xatırladaq ki, Hollivud ulduzu jurnalistlərin suallarını cavablandırarkən Trampa söz atmışdı. O, “Sonuncu dəfə bir aktyor dövlət başçısına sui-qəsd təşkil edib? Mən edəcəm”- söyləyərək zarafat etmişdi. 
Ağ Evin mətbuat xidməti isə bu hadisəyə görə təssüfləndiklərini qeyd etmişdi. 

Paylaş: