Elton Hacıyev onları Renkanı təkrarlamaqda günahlandırdı
Tarix: 22-12-2017, 08:43


Son vaxtlar yaradıcılıq fəaliyyətini aktivləşdirən istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev UlduzumSan.Az-a verdiyi açıqlaması ilə yeni qalmaqalın təməlini qoyub. PR menecer yeni rəqqasələr və bu sahəyə meyilli olanlar barədə  danışan Elton, daha sonra tanınmış rəqqasə Renkanı da tərifləyib:
“Renka təlabatlı rəqqasədir. O digər rəqqasələr arasında seçilir. Renka PR menecer və mətbuat katibi kimi məni seçib. Bu böyük məsuliyyətdir. Mən  çalışıram, yaxşı işlər görüm. Rəqqasə üçün əsas olan böyük tamaşaçı auditoriyasını özünə cəlb etməsidir. Yeni rəqqasələr və bu sahəyə həvəsi olanların çoxu deyir ki, təki efirə çıxım, toylarım olsun, qəşəng geyinim, saç və makiyajım yerində olsun nə rəqs etməyimin isə fərqi yoxdur. Bilirlər ki, ulduz olacaqlar. Amma davamında nə məqsəd güdürlərsə, Allahları və özləri bilsin. Ona görə də bu dəqiqə rəqqasələr artır.
Rəqqasə olmaq bu qədər vacibdir? Başqa işlə məşğul olsunlar. Çünki bu sahəyə gələnlər artıq sözünü demiş rəqqasəni, misal üçün Renkanı kopyalayırlar. Özlərinəməxsus yenilik gətirmirlər. Bacarırlarsa, sağlam rəqabət aparsınlar. Çıxıb orda burda deyirlər ki, mən heç kimi təkrarlamıram. Bu faktdır: onlar Renkanı hərəkətlərini təkrarlayırlarBu süni alınır. İnsanlar süniliklə səmimiyyəti ayıra bilirlər. Alınmayacaq. Bu ölkənin bir Renkası var”.

Paylaş: