Yaşar Cəlilov üçün özəl gün
Tarix: 21-12-2017, 10:25


Bu gün müğənni Yaşar Cəlilovun 28 yaşı tamam olur. UlduzumSan.Az bildirir ki, bu haqda danışan səbəbkar özü-özünü təbrik etməkdən belə çəkinməyib: "Bu gün mənim üçün özəldir. Belə ki,28 yaşım tamam olur. Bu günü ailəmlə və yaxın dostlarımla birgə qeyd edəcəm. Yeni yaşda özümə can sağlığı arzulayıram. Əsas can sağlığıdır. Hər şey düzələcək. Bu gün dünyaya göz açan hər kəsi ürəkdən təbrik edirəm. Yanımda olan, məni təbrik edən hər kəsə sonsuz təşəkkür edirəm".
Yaşar Cəlilovu ad günü ilə bağlı olaraq prodüseri Vüsalə Kərimova da təbrik edib: "Əzizim Yaşar Cəlilov, bu gün sənin günündür. 7 ildir yanındayam, səni hər zaman pisliklərdən qorudum, nə qədər varam yenə qoruyacam. Amma bir gün olmazsam həyatda 3 şeydən əl çəkmə; sevməkdən, gülümsəməkdən, xəyallardan... 2 şeyə isə hər zaman inan; biri güzgüyə baxdığında gördüyünə, digəri yuxarı baxdığında görmədiyinə... Dəyərlim, səni təbrik edirəm. Yaxşı ki, varsan".



Paylaş: