Rəqsanənin qızı: "Hürməyin"
Tarix: 20-12-2017, 17:09


Müğənni Rəqsanə İsmayılovanın müğənni-modelyer qızı Aysun dəniz kənarında çəkdirdiyi açıq-saçıq fotosessiyaya görə insanlar tərəfindən tənqid olunub.
UlduzumSan.Az bildirir ki, bu haqda açıqlama verən Aysun çimərlik geyiminə görə onu qınayanlara sərt cavab verib: "Dəniz kənarında çəkdirdiyim fotosessiya çoxlarını narahat edir. Yəqin bəzilərinin narahat olmalarına səbəb mənim belə şəkillər çəkdirdiyim üçün cəsarətli olmağımdır. Əfsuslar olsun ki, məni qınayanların özlərində curət yoxdur. Dəniz kənarında lentə aldırdığım fotoları bəyənməyənlərə səslənirəm. Siz dənizdə başınızı bağlayıb, əyləşirsiniz? Açıq-saçıq geyinmirsiniz? Məni tənqid edənlərə məsləhət görərdim ki, geyimlərimə baxaraq, qınamaqdansa işlərinizlə məşğul olun".
Aysun Azərbaycan şou-biznesində açıq-saçıq geyinən sənətçilərdən də söz açıb: "Bizim şou-biznesdə məndən də açıq-saçıq geyinən məşhurlar var. Heç onları qınayan yoxdur. Allaha şükürlər olsun ki, gözəl ailəm var. Mənim necə geyinəcəyimə yalnız ailəm qarışa bilər. Bəziləri çox hürməsin. Hürsənizdə mən karvanla keçəcəm".

Paylaş: