“Şou- biznesimiz bir mafiyadır” - Fotolar
Tarix: 23-06-2017, 15:35


“İki ildir ki, şou-biznesdə durğunluqdur. Gözləyirik ki, bunun aqibəti necə olacaq”. 

Ulduzumsan.Az xəbər verir ki, bu sözləri Elvin Abdullayev deyib. Müğənni şou-biznesdəki durğunluqdan söz açıb:
“Çoxları toyun olmaması ilə əlaqələndirir. Amma sənətçi tək toydan qazanmır ki... Hərənin öz biznesi var. Toylar yoxdur deyib, mahnı yazdırmayaq, klip çəkdirməyək? Onda şou-biznes gərək batsın. Buna imkan verməmək üçün hamı işləməlidir. Düzdür, razıyam ki, buna maddiyat səbəb olub. Gəlir az olanda, çalışmaq həvəsi də azalır. Səbr edək, düzələcək. Şou- biznesimiz bir mafiyadır. Burada ad qazanmaq, gündəmdə qalmaq üçün çalışmaq lazımdır".
E. Abdullayev sosial şəbəkədə yazılan aqresiv şərhlərdən danışıb. O bildirib ki, həmkarlarının onlara cavab verməsinə yaxşı baxmır:
"Özümdə yox, başqalarında belə şərhləri çox görürəm. Yazılan hər şeyə cavab verməyi sevmirəm. Müğənni birdir, izləyici isə çox. Hamıya cavab vermək müğənniyə yaraşan deyil. Niyə izləyici bilməlidir ki, İnstaqramda oturan müğənninin özüdür? Həmin şərhləri yazanlar şəxsiyyətə toxunmaqla, ailəni vurmaqla səhv edirlər.
Hamımız eyni cəmiyyətin üzvüyük. Bir-birimizi başa düşməliyik. Sənətçi də sizin kimi insandır. Elə müğənni tanıyıram ki, bütün günü oturub yazılanlara cavab verir. Amma bir məsələ də var... İnstaqramda elə şeylər yerləşdirməliyik ki, insanlara qıcıq verməsin. Mən Ramazan ayında durub kabab şəkli yaysam, əlbəttə tənqid olunacam. Ona görə də, paylaşımlarımızda da düşünməliyik".
Fotolar: Elgün Zaman

__







Paylaş: