Silvestr Stallone 16 yaşlı qızıZORLAMAQDA İTTİHAM OLUNUR
Tarix: 20-12-2017, 16:04


Dünya şöhrətli aktyor, Hollivud ulduzu Silvestr Stallone film çəkilişləri zamanı 16 yaşlı qız tərəfdaşını özü və mühafizəçiləri ilə intim əlaqəyə girməyə zorlamaqda ittiham olunur.
Gununsesi.info TMZ-yə istinadən xəbər verir ki, S.Stallone belə bir hadisənin olduğunu inkar edir.
Qadın bildirib ki, Stalloninin onunla intim əlaqədə olmasını 1986-ci ildə Las-Veqasda film çəkilişləri zamanı baş verib. Guya Stallone qızı onunla və mühafizəçiləri ilə intim əlaqədə olmağa vadar edib. Stalloneni ittiham edən xanım adını gizli saxlayır. Guya o zaman qızın 16, Stallonenin isə 40 yaşı olub. Belə bir hadisənin baş verməsini nəinki 71 yaşlı aktyor, eyni zamanda onun keçmiş arvadı və həmin film çəkilişləri zamanı onunla birlikdə olan Bricit Nilson da təkzib edib.
Stallone isə qadının ona şər atma iddiası ilə məhkəməyə müraciət edib.
Vəkillər isə bildirib ki, Silvestr həmin qızla 1987-ci ildə İsraildə 3 gün bir yerdə olub və o zaman belə bir hadisə baş verməyib. Aktyor o zaman subay, qız isə yetkin yaşda olub. Lakin aralarında hər hansı bir formada yaxınlıq olmayıb. Slivestr bu məlumatı da təkzib edərək deyib ki, qadını ancaq 1990-cı ildə görüb.

Paylaş: