Zorik məşhurları bir araya yığacaq
Tarix: 20-12-2017, 12:32


Prodüser Zöhrab Ağayev (Zorik) şou-biznes nümayəndələrini bir araya yığacaq.
UlduzumSan.Az bildirir ki, bu haqda aparıcı İlahə Nizamiqızı açıqlama verib: "Bir neçə gündən sonra Zorikin ad günüdür. O, doğum gününü təmtəraqlı şəkildə qeyd edəcək. Prodüserin özəl gününə şou-biznesin məşhur simaları dəvətlidir. Gecənin aparıcılığını da mənə həvalə edib. Həmin gün çox maraqlı olacaq. Zoriki ad günü münasibəti ilə indidən təbrik edirəm. Ona can sağlığı, işlərində uğurlar arzu edirəm".

Paylaş: