Nadir şou-biznes əhlini hədələdi: “Mən arxivəm, ehtiyatlı olun”
Tarix: 20-12-2017, 10:29


Hər zaman odlu-alovlu qalmaqalları ilə gündəmə gələn müğənni Nadir Qafarzadə əsəbləşib.
O, şou-biznes əhlini hədələyərək ehtiyatlı olmağa səsləyib:
“Bəzilərinə demək istəyirəm ki, birdən mənə qarşı çaşarsınız. Bir kəlməmlə Azərbaycandan baş götürüb getməyə məcbur olarsınız. Şou-biznes əhli, mən arxivəm, ehtiyatlı olun. Mən kəsəndə dibindən kəsmirəm, kökündən çıxardıram. Mənə el arasında arxiv Nadir deyirlər. Artıq bir neçəsi hazırlaşsın, çemodanını yığa bilər. Bəziləri özlərini bir şey hesab etməyə başlayıblar. Bəs zibillərinizin üstü açılsa?! Şou-biznes alverçiləri, özünüzü yığışdırın. Məndə əyləc tutmur, gəldi açılacaq və hər şey bitəcək. O anda sizin güvəndiyiniz “daydaylar”, “əmiciklər”, “hacıleyləklər” də sizə kömək edə bilməyəcəklər. Çünki onlar zibilə düşmək istəməzlər”.
Prime-Time



Paylaş: