“5 il bundan qabaq məni qollarında necə göyə qaldırdınsa…”
Tarix: 19-12-2017, 10:04


Bu gün müğənni Şəbnəm Tovuzlunun doğum günüdür.

31 yaşı tamam olan ifaçı doğum günündə onu təbrik edən hər kəsə təşəkkürnü bildirib və ürək sözlərini belə dilə gətirib:
“Həyatda anamı görüb iyini duya bilməsəm də ona Allahdan rəhmət diləyirəm. Amma bu həyatda tanrım mənə 2 gül bala və qəlbi sevgi dolu həyat yoldaşı bəxş edib. Mən hər zaman onlarla xoşbəxtəm. Çox şükür olsun”.
Daha sonra Ş.Tovuzlu əri Hacıya olan sevgisini etiraf edib: “Nə yaxşı ki, varsan, yanımdasan. Bütün sabahlarda gözümü açıb sizi görməyim mənim üçün bu dünyada ən böyük hədiyyədir. 5 il bundan öncə məni qollarında necə ucalara qaldırdınsa bu gün də eləsən. Yaxşı ki, hər günümdə yanımdasan. Mənim ilk və son sevgim sən oldun. Boş həvəs gələr-gedər, amma sən ürəyimin tək sahibisən. Hacı, sənin saf sevgindir məni yaşadan”.
Prime-Time



Paylaş: