Mətanətlə Namiqin səmimi görüntüləri
Tarix: 19-12-2017, 09:27


Müğənni Mətanət Əsədova ilə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu məclislərin birində səmimi şəkildə görüntüləniblər. 
GoldNews.az xəbər verir ki, Mətanət səhnədə mahnı ifa edən Namiqi öpüşlərə qərq edib. Daha sonra açıqlama verən Namiq buna normal yanaşdığını deyib: 
"Şou əhliyik, deyib-gülürük. Xanım sənətçilərlə öpüşüb-görüşürük. Şəkil çəkdirəndə əlimizi belinə qoyuruq. Bu, şou-biznes üçün adi haldır. O kadrlar mənim öz xoşuma da gəlmişdi. Mətanət xanımın bu jestlərinə, səmimiyyətinə görə təşəkkür edirəm".  
Mətanət isə Namiqi çox istədiyini deyib: 
"Namiqi çox istəyirəm. Çox mədəni oğlandır. Namiq o qədər səliqəli oğlandır, onun hərəkətindən, meyxana deməyindən dürr tökülür".  



Paylaş: